ƏBU LƏHƏB KİMDİR?

0

Adının Əbu Ütbə olmasına baxmayaraq, qəzəblənəndə qızardığı üçün ona “Əbu Ləhəb” (alovun atası) deyilirdi. Əbu Ləhəb İslamdan əvvəl Həzrət Peyğəmbərin (s.) dostu olmuş və iki oğlu Utbə və Uteybəni Həzrət Məhəmmədin (s.) qızları Ruqiyyə və Ümmü Gülsümlə evləndirmişdir. Lakin o, Həzrət Məhəmməd (s.) peyğəmbər olduqdan sonra şiddətlə ona qarşı çıxdı. Həzrət Peyğəmbər (s.) bütlərlə mübarizə apardığı dövrdə ən qatı düşmənləri ilə əməkdaşlıq etməkdən çəkinməmişdir. Allah Rəsulu İlahi risalətinin ikinci mərhələsində “Bundan sonra ən yaxın qohumunu dəvət et” (əş-Şüəra 26/214) ayəsinin nazil olmasına cavab olaraq qohumlarını çağırıb onlara peyğəmbər olaraq Allah tərəfindən göndərildiyini bildirdi. Daha sonra Əbu Ləhəb sərt açıqlamalar verərək Həzrət Peyğəmbəri (s.) atasının dinindən döndərməklə ittiham etdi. Başqa bir gün, Səfa təpəsində topladığı camaatı İslama dəvət edərkən Əbu Ləhəb Həzrət Peyğəmbərə (s) qəzəbləndi və belə dedi: “Vay halınıza! Bizi bura belə boş sözlərə görə çağırdınız?” Evi Peyğəmbərin evinə yaxın olduğu üçün tez-tez onun evinə daş atır və hər cür pisliyi onun qapısına atmaqdan çəkinmirdi.

            Əbu Talibin ölümündən sonra Haşimilərin başına gələn Əbu Ləhəb Həzrət Peyğəmbəri (s.) qorudu. Lakin bu, uzun çəkmədi. Həzrət Peyğəmbərin (s.) əcdadları da daxil olmaqla bütün müşriklərin cəhənnəmdə olduğunu deməsinə, Lat, Mənat, Uzzaya qarşı çıxışlarına qəzəbləndi və onu himayə etməkdən əl çəkdi. Uri Rubin, Həsən b. Sabitin bu hadisə ilə bağlı söylədiyi bir şeirini dəlil olaraq gətirir və Əbu Ləhəbin Əbdülmüttəlibin əsl övladı olmadığını, anasının Əbdülmüttəlibdən əvvəl lihyanlı bir kişi ilə evləndiyini və onun bu evlilikdən doğulduğunu müdafiə edir (BSOAS, XLII, 15). Əbu Ləhəbin bu davranışından sonra Həzrət Peyğəmbər (s.) Taifə getdi və onu qoruyacaq birini axtardı.

            Əbu Ləhəb Həzrət Peyğəmbərin (s.) arxasınca gedib, onun sehrbaz və yalançı olduğunu, qövmünü bir-birinə qarşı qoyduğunu hətta onun sözünə hörmət edilməməsi lazım olduğunu söyləyərək sözlərini inkar etməyə davam edirdi. Özünün və arvadının Allah Rəsulunu narahat edən bu hərəkətlərindən sonra Təbbət surəsi nazil oldu (bax: Təbbət sursəi). Nüzul sırasına nəzər saldıqda ilk dəfə bir müşrikin bu ayələrlə adı çəkilir və həyat yoldaşı ilə birlikdə təhdid edilir. Surənin nazil olması ilə Əbu Ləhəbin oğulları Həzrət Peyğəmbərin iki qızını boşadılar.

Bədr döyüşündə iştirak etməyən Əbu Ləhəb yerinə As b. Hişamı göndərdi. Müşriklərin Bədrdə məğlub olduqlarını öyrəndikdən bir neçə gün sonra Məkkədə vəfat etdi. Oğulları atalarının tutulduğu çiçək xəstəliyinə yoluxmaqdan qorxduqları üçün onu basdıra bilmədilər. Lakin bir müddət sonra onu muzdlu işə götürdükləri sudanlılar tərəfindən dəfn etdirdilər. Əbu Ləhəbin qızı Dürrə müsəlman olaraq Mədinəyə hicrət etdi, oğulları Utbə və Muattib Məkkənin fəthindən sonra İslamı qəbul etdilər.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AVSTRALIYANIN İLK MÜSƏLMAN NAZİRLƏRİ QURANA AND İÇDİLƏR

Avstraliyada yeni qurulan hökumətdə nazir təyin edilən iki müsəlman, İslam dininin müqəddəs kitabı Qurana and içərək vəzifələrinin icrasına başlayıblar. Məlumata...

Bağla