ƏRDOĞAN AZƏRBAYCANLA TİCARƏTİ ASANLAŞDIRAN SAZİŞİ TƏSDİQLƏDİ

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib. Dövlət başçısı bununla bağlı qərarı imzalayıb.

Sənədə əsasən, Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib.

Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıblar.

Prezident İlham Əliyev ötən ilin mayın 31-də bu sazişin təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMİN KİTABLAŞMA MƏRHƏLƏLƏRİ

İslam dininin ən əsas təməli olan müqəddəs kitabımız Qurani-Kərim günümüzdə istifadə etdiyimiz halına gələnə qədər müəyyən mərhələlərdən keçmişdir. Təbii ki,...

Bağla