ƏRDOĞAN: “ERMƏNİSTAN AZƏRBAYCANLA DƏRHAL SÜLH MÜQAVİLƏSİNİ İMZALASIN”

0

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün mövcud olan xüsusi təmsilçilərimiz danışıqları davam etdirirlər. Eyni zamanda hər iki ölkənin xarici işlər nazirləri bütün bu məsələləri ümumiləşdirib bizə təqdim edəcəklər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.

Ərdoğan əlavə edib ki, ölkələr arasında normallaşma prosesinə dair xüsusi nümayəndələr görüşəcək: “Növbəti addımlar bu görüşlərin nəticəsindən asılı olaraq atılacaq”.

O, jurnalistin Ermənistana irəli sürdüyünüz ilkin şərtlər nədir sualına cavabında deyib:

“Bizim ilkin şərtimiz yoxdur. Biz sadəcə istəyirik ki, Ermənistan Azərbaycanla hüquqi məsələləri həll etsin və dərhal sülh bağlı müqaviləsini imzalasın. Bunu etdiyiniz anda bizimlə bağlı heç bir problem qalmayacaq. Qapılar açılacaqsa, qapıları, hava, yol və dəmir yollarımızı açarıq”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Fatih Dönməz: “Azərbaycanla birgə layihələr əməkdaşlığımıza yeni üfüqlər açacaq”

Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində birgə layihələr əməkdaşlığımıza yeni üfüqlər açacaq. "Report"un yerli bürosu xəbər...

Bağla