ƏRDOĞAN ÜÇÜN KƏBƏNİN QAPISI AÇILDI – FOTO VİDEO

0

Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən rəsmi heyət ümrə ziyarəti üçün bu səhər Məkkə şəhərinə gediblər.

Ümrə ziyarəti vaxtı Rəcəb Tayyib Ərdoğan üçün müqəddəs Kəbəi-Şərifin qapısı açılıb və Türkiyə prezidenti Kəbənin içinə girib.

Ziyarət vaxtı R. T. Ərdoğanı xanımı Əminə Ərdoğan, MİT sədri Hakan Fidan, prezident administrasiyasının məruzəçisi İbrahim Kalın, daxili işlər naziri Süleyman Soylu, səhiyyə naziri Fəxrəddin Koca və s. rəsmi şəxslər müşayiət ediblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

Resim

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KUTUL-AMARƏ ZƏFƏRİNİN İLDÖNÜMÜDÜR

Bu gün Osmanlı ordusunun ingilislər üzərində qazandığı Kutul Amara zəfərinin 106-cı ildönümüdür. Kutul Amara zəfəri Osmanlı ordusunun çətin şərtlərlə nələr...

Bağla