ALLAHIN RİZASINI QAZANMAĞA VƏSİLƏ OLAN ƏMƏL

0

Cərir bin Abdullah (ra) rəvayət edir:

Bir gecə Rəsulullah (SAV) ilə birlikdə oturmuşduq. Rəsulullah (SAV) bədirlənmiş aya baxaraq belə dedi:

“İzdiham yaratmadan, bir-birinizi itələmədən bu bədirlənmiş ayı necə görürsünüzsə, Rəbbinizi də eləcə rahat görəcəksiniz. Artıq günəşin doğmasından və batmasından əvvəlki bütün namazları qıla bilmək üçün əlinizdən gələn səyi göstərin.”

Daha sonra da Qurani-Kərimdən bu ayəni oxudu:

“…Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!”

(Tâ hâ, 130) (Buxârî, Məvâkîd 16, 26, Təfsîr 50/1, Tövhîd 24; Müslim, Məsâcid 211)

Deməli Uca Rəbbimizi görə bilmək üçün ən böyük vəsilə, fərz olan namazlara göstərəcəyimiz həssasiyətdir.

Mənbə: Osman Nuri TOPBAŞ, Fəzilətlər Mədəniyyəti 1,

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMANLAR VƏ XRİSTİANLAR KORONOVİRUSA QARŞI BİRLİKDƏ ORUC TUTACAQLAR

Efiopiyada müxtəlif dinlərin və məzhəblərin birgə fəaliyyət göstərdiyi “Efiopiya Din Şurası” kovid-19 pandemiyasının bitməsi üçün əhalisi əsasən müsəlman və ortodoks...

Bağla