ALLAHDAN NƏ İSTƏMƏLİYİK?

0

İman edən biri olaraq Allahdan nə istəməliyik?

Hz. Abbas belə dedi:

-Ey Rəsuallah, mənə Allah təaladan istəyəcəyim bir şey öyrət.

Peyğambərimiz, “Allahdan sağlamlıq istəyin”,- deyə buyurdu.

Aradan bir müddət keçdikdən sonra yanına gəldim və yenə soruşdum.

-Ey Rəsuallah, mənə Allahdan istəyəcəyim bir şey öyrət.

-“Ey Abbas, Allahdan dünya və axirətdə sağlamlıq istəyin”,- deyə buyurdu.

Hz. Əbubəkir də bu məsələ ilə əlaqləli bir hadisəni belə nəql edir:

Bir gün Peyğəmbərimiz minbərə çıxaraq belə dedi:

“Allahdan əfv və sağlamlıq istəyin. Zira bir kimsəyə imandan sonra sağlamlıqdan daha xeyirli bir şey verilməmişdir.”

Bu və bunun kimi başqa hadisələr nəzərə alınanda sağlamlığın sadəcə bu dünya üçün deyil, eyni zamanda axirəti də əhatə edən geniş mənalı bir ifadə olduğu görülür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Allahın Sifətləri

Bağla