AMERİKALI MƏŞHUR RAHİB MÜSƏLMAN OLDUĞUNU ELAN EDİB

0

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şərqi katolik məzhəbi üzrə xristian din xadimi olan keşiş Hilarion Hiqi müsəlman olduğunu elan edib.

Məlumata görə Kaliforniyada yaşayan keşiş Hiqi daha əvvəl rus ortodoksu olub. 2003-cü ildə Antakya ortodoksluğuna intisab edib. 2007-ci ildə də şərqi katolik kilsəsinə keçib. Keşiş Hiqi Kaliforniyada şərqi xristianlıq monastırı açmaq istədiyini bildirmişdi.

Səid Abdullətif adını qəbul edən sabiq keşiş bloq yazısında, onlarla ildir İslama çəkildiyimi hiss etdikdən sonra girməyə qərar verdim. – deyə yazıb. Səid Abdullətif yazısında Qurani_Kərimdən Əraf surəsinin 172-ci ayəsini paylaşıb:

“Qiyamət günü siz: “Biz bundan xəbərsiz idik”, – deməyəsiniz deyə, Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” ( – buyurdu). Onlar da: “Bəli, buna şahid olduq!” – dedilər.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUD ÇAVUŞOĞLU TÜRKİYƏDƏ AZƏRBAYCAN KÖNÜLLÜLƏRİ İLƏ GÖRÜŞÜB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu...

Bağla