ANKARADA AZƏRBAYCANA BAYRAQLI DƏSTƏK

0

Türkiyənin paytaxtı Ankara şəhərinin rəmzlərindən biri olan “Atakule”də (Ata qüllə) Azərbaycanın dövlət bayrağı əks olunub.

Bu, sentyabrın 27-də cəbhəyanı ərazilərdə təxribat törədən Ermənistan ordusuna layiqli cavabı verən Azərbaycana, qardaş Türkiyənin növbəti dəstəyidir.

Qüllənin üst tərəfi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb, buradakı ekrana, “İki Dövlət Tək Millət, Can Azərbaycan” – mesajı yazılıb.

Qüllənin alt mərtəbəsindəki Alış-veriş mərkəzində olan böyük led ekranda isə Azərbaycanın və Türkiyənin bayraqları qoşa dalğalandırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə parlamentindəki partiyalar Ermənistanın növbəti təxribatı barədə birgə bəyanat yayıb

Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan 5 siyasi partiyadan 4-ü - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası...

Bağla