ASELSAN-ın rəhbəri: “Türkiyə PUA-ları Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi”

0

“PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi”.

Bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün rəsmi qəzetə müsahibəsində deyib.

“Öncəliklə, Azərbaycan xalqının Qarabağ zəfərini bütün səmimiyyətimlə təbrik edirəm. Bu, bizim üçün də inanıl­maz xoşbəxtlik verən hadisədir. Başda Ali Baş Komandan, Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və uzun illər bu zəfər üçün gördüyü hazırlıq sonda qalibiyyət gətirdi. Bu müharibədə bütün dünya bizim qardaşlığımızın şahidi oldu. Türkiyə müdafiə sənayesinin gücünü gördü. Xüsusilə PUA-larımızın təsirli şəkildə istifadəsi Qarabağ zəfərinin qazanılmasına böyük töhfə verdi. ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə verdiyi müasir rabitə avadanlıqları və bir çox müxtəlif məhsullar 44 gün davam edən Vətən müharibəsində geniş və səmərəli istifadə olundu”, – o vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“MƏQSƏDİMİZ DÜNYANIN ƏN GÜCLÜ 10 İQTİSADİYYATI SIRASINA DAXİL OLMAQDIR”

“Hökumətin işləyib hazırladığı iqtisadi alətlər ölkəni xilas etdi. Ankaranın məqsədi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasına daxil olmaqdır”. “RİA Novosti”...

Bağla