ATA VƏ ANANIN ÖVLAD ÜSTÜNDƏKİ HAQQI NƏDİR?

0

Allah Qurani-Kərimdə belə buyurur:

“Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!” (İsra, 23)

“Biz insana ata-anasına yaxşı davranmsını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir.” (Loğman, 31)

Qul haqları içində ən mühüm olanı ata-ana haqqıdır. Allah və rəsuluna itaəttən sonra ata-anaya itaət gəlir. Çünki ata-anamız bizim varlıq səbəbimizdir. Maddi və mənəvi həyatımızı inşa edən fəzilət abidələrdir. Ailə yuvası, uşağın tərbiyəsinin edildiyi ilk yerdir. Buna görə də, ata və ananın övladları üstündəki haqları sayılmayacaq qədər çoxdur.

Fəzilətli ata-ana övladar üçün rəhmət və bərəkətdir. Saleh ana ilahi qudrətin insanoğluna bəxş etdiyi bir rəhmət qucağı, ailədə səadət qaynağı və xoşbəxtlikdir. Rəbbimizin Rəhman və Rəhim əsmasının dünyadaki müstəsna və xüsusi təcəllisidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bərdəni atəşə tutan “Smerç” məhv edilib – VİDEO

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi...

Bağla