AVROPADA NÜMUNƏVİ HAFİZLİK KURSU

0

Hollandiyanın paytaxtı Amsterdamdakı “Səlimiyə” məscidində fəaliyyət göstərən hafizlik kursunda indiyə qədər 20-dən çox hafiz yetişib. Məscidin imamı hafiz Əhməd Kaya tərəfindən başladılan və rəğbətlə qarşılanan layihə ölkənin digər məscidlərində də həyata keçirilir.  

“İslam İcması Milli Görüş” (IGMG) təşkilatına bağlı fəaliyyət göstərən kursda ötən il hafiz olan 14 yaşlı Emir Qurban, yeni başlayanda çətinlik çəkdiyini, amma daha sonra asanlıqla hafizliyi başa vurduğunu deyib.

“Hafizliyin nə olduğunu bilmədiyim üçün məni nəyin gözlədiyini də bilmirdim. Hafizlik kursuna əvvəl getmək istəmirdim. Amma atamın dəstəyi və motivasiyası ilə davam etdim. Yaxşı ki, davam etdim, çünki hafiz oldum. Hafiz olmaq çox gözəl bir hissdir və mənə gözəlliklər qazandırdı. Hamıya məsləhət görürəm.”

Tədris proqramı ağır olsa da çətinlik çəkmədiyini deyən E. Qurban bildirib ki, hafizliyə başladıqdan sonra məktəb dərslərində də uğurlu olmağa başlayıb. Avropada, Amsterdam “Səlimiyə” məscidindəki hafizlik kursu modelindən ilham alaraq başladılan IGMG-a bağlı 28 hafizlik kursunda, 560 nəfəri qız olmaqla 814 tələbə hafizliklə məşğuldur. 

Xəbər: Şirəli Məmmədov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMAN TƏZƏLƏMƏ FORMULU KƏLMEYİ-TÖVHİD

Əbu Hüreyrə (r.a)-dan gələn rəvayətə görə Rəsululah (s.ə.s) bir gün səhabələrinə: “İmanınızı təzələyin!”, -buyurdu. Əshabi-kiram: “Ey Allahın Elçisi, imanımızı necə təzələyək?”,...

Bağla