“AZƏRBAYCAN ORDUSU TORPAQLARI HƏQİQİ SAHİBLƏRİNƏ QOVUŞDURDU”

0

“Hər şey aydındır və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Hər kəs bunu anlamalı, heç kim unutmamalıdır”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərlə görüşü zamanı deyib.

O, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədərimiz kədərimizdir” deyimini yada salıb və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” sözlərini xatırladıb: “Bu, dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir”.

“Siz həqiqətən də Azərbaycanın azadlığı və müstəqilliyi, doğma torpaqlarının azadlığı üçün imanla dolu sinələrinizi sipər etdiniz. Əsgər marşında deyildiyi kimi “Azərbaycan əsgərləri geri dönməyəcək”. Mübarizə davam etdi və hamı ölkə və bayrağı üçün canlarını qoydu və torpaqların təhlükəsizliyi üçün Azərbaycan Silahlı Qüvvələri tələbləri yerinə yetirdi və bu torpaqları həqiqi sahiblərinə qovuşdurdu”, – H.Akar vurğulayıb.

Nazir 44 günün Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazıldığını bildirib: “Ümid edirəm ki, bu 44 gündə qazanılan uğurlar 44 il və daha sonra da danışılacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜDÜR

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu...

Bağla