“AZƏRBAYCAN ORDUSUNUN DÖYÜŞ HAZIRLIĞINDA TSQ-NİN BÖYÜK ROLU VAR”

0

“Azərbaycan zabitinin, Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu var”.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real” TV-yə müsahibəsində deyib.

“Bizim çoxlu sayda zabitimiz Türkiyənin hərbi məktəblərində təhsil alıb. Bizim təlim mərkəzlərində təlim keçiblər. Bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri – Azərbaycan əsgəri və Azərbaycan zabiti döyüşlərdə yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdi. Bunun nəticəsi də göz qabağındadır. Bu gün bütün dünya Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatları dərindən öyrənməkdədir. Bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olub. Amma təbii ki, biz məxfilik məsələlərini nəzərə alaraq öz təcrübəmizi yaxın dostlarla bölüşməyə hazırıq”, – nazir əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Bu gün Azərbaycan Ordusunun yaranmasının 103 ili tamam olur. Qeyd edək ki, 1918-ci il...

Bağla