“Azərbaycan-Türkiyə birgə universitetinin gələn tədris ilində fəaliyyətə başlamasını arzu edirəm”

0

“Bilik gücdür, eyni zamanda, bilik cəsarət deməkdir”.

Apa xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində TBMM sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, bu gün bizim ehtiyacımız olan ən böyük şey akademik çalışmalardır: “Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq. Türkiyə rəsmiləri ilk ziyarətlərini Azərbaycana, Azərbaycan rəsmiləri isə ilk ziyarətlərini Türkiyəyə edirlər”.

Mustafa Şentop qeyd edib ki, bu konqresin Azərbaycan və Türkiyə arasında təhsil sahəsində yeni işlərə start verəcəyini düşünür: “Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsində də bu yaxınlaşmaya zəmin yaradacaq maddələr var. Sözlərin artıq həyata keçirilməsi vacibdir. Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması, hətta gələn tədris ilində fəaliyyətə başlamasını çox arzu edirəm”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TBMM SƏDRİ: “TÜRKİYƏ HƏR ZAMAN AZƏRBAYCANIN YANINDA OLACAQ”

“Biz hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. “Report”un xəbərinə görə, bu fikirləri...

Bağla