AZƏRBAYCAN VƏ TÜRKİYƏ ELEKTRON HÖKUMƏT PORTALLARINI İNTEQRASİYA EDİR

0

Sentyabrın 1-də Türkiyədə bu ölkənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı olacaq.

Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu “e-devlet”dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu “e-gov”dan əldə edə biləcək”, – deyə o qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN TÜRKİYƏDƏ KEÇİRİLƏN TEKNOFEST 2022 TƏDBİRİNDƏ TƏMSİL OLUNUR

Bu gün Türkiyənin Samsun şəhərində "Teknofest 2022" Aerokosmik və Texnologiya Festivalı işə başlayır. "Teknofest Karadeniz" adlanan tədbir sentyabrın 4-nə qədər...

Bağla