AZƏRBAYCAN VƏ TÜRKİYƏ SPİKERLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

Şentop Azərbaycan xalqını və həmkarını Ramazan bayramı münasibətilə təbrik edib, bayramın İslam dünyasına və bütün bəşəriyyətə sağlamlıq, əmin-amanlıq, sülh və əmin-amanlıq gətirməsini arzulayıb.

Telefon danışığında ikitərəfli əlaqələr, regional və son siyasi hadisələr müzakirə edilib, qarşılıqlı bayram təbrikləri səsləndirilib.

Türkiyə və Azərbaycan parlamentləri rəhbərlərinin telefon danışığında regional hadisələrlə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) may ayında Azərbaycanda keçiriləcək toplantısına da toxunublar.

Türkiyə mətbuatı Mustafa Şentopun daha 8 ölkənin parlament və senat başçıları ilə telefon danışığı apardığını, lakin ilk telefon danışığının Azərbaycan Milli Məclisinin sədri ilə baş tutduğunu vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər...

Bağla