AZƏRBAYCAN XİLASEDİCİLƏRİ DAĞINTILAR ALTINDAN 53 NƏFƏRİ SAĞ ÇIXARIB

0

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin cəsədini çıxarıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri ölkəyə sabah gətiriləcək

"Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cənazələri fevralın 16-da...

Bağla