AZƏRBAYCAN ZƏLZƏLƏ BÖLGƏSİ ÜÇÜN 100 MİLYON DOLLAR YARDIM ELAN EDİB

0

Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, – XİN-in məlumatında qeyd olunub.

Xatırladaq ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-ƏQSADA RAMAZAN AYI HAIRLIQLARI BAŞLAYIB – VİDEO

Müsəlmanlar üçün üçüncü müqəddəs məscid hesab edilən Qüdsdəki Məscidi-Əqsada mübarək ramazan ayına hazırlıqlar başlayıb. İslamveirfan.com xəbər verir ki, bu barədə...

Bağla