AZƏRBAYCANDAKI “NKVD QƏBİRİSTANLIĞI”NDAKI BÜTÜN QƏBİRLƏRİN YOXLANILMASI BAŞLANDI (AÇIQLAMA)

0

“Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib”.

Din.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların araşdırlması üzrə yaradılan işçi qrupun üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.

O bildirib ki, hazırda axtarışlar təkcə Müşfiqlə bağlı davam etdirilmir: “Axtarışlar davam etdirilir. Bütün qəbirlər yoxlanılır. Orada təkcə Müşfiqlə bağlı deyil, digər şəxslərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır. Çünki həmin ərazidə bir çox tanınmış insanlara aid edildiyi iddia olunan sümüklər var. Ərazi vaxtilə “NKVD qəbiristanlığı” olub. Ona görə də məsələni bir adam üzərində qurmaq doğru deyil”.

Çingiz Abdullayev yoxlamaların nə zaman bitəcəyini də söyləyib: “Güman ki, yoxlamalar iki, ya da üç həftəyə yekunlaşa bilər”.

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı” olub. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏƏ-DƏ İKİ GÖRKƏMLİ DİNİ XADİMİN TARİXİ SƏFƏRLƏRİNƏ HAZIRLIQ GÖRÜLÜR. “İNSANLIĞIN QARDAŞLIĞI GÖRÜŞÜ”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki böyük dini xadimin – katolik kilsəsinin başçısı Papa Fransisk və Əl-Əzhər məscidinin Baş imamı Şeyx...

Bağla