Azərbaycanın Türkiyəyə dəstəyi ilə bağlı rəy sorğusunun nəticələri açıqlanıb

0

Sosial Tədqiqatlar Mərkəzi (STM) Türkiyənin 11 şəhərində humanitar fəlakətlərə yol açmış zəlzələyə görə Azərbaycanda bu kimi fövqəladə hallara qarşı mümkün risklərin, ictimai davranış və mühakimələrin öyrənilməsi, eyni zamanda proqnozlaşdırılması məqsədilə rəy sorğuları keçirib.

Bu barədə STM-dən bildirilib.

Sorğu çərçivəsində Türkiyədə baş verən fəlakətin ayrı-ayrı aspektlərinə, o cümlədən Azərbaycan tərəfindən bu istiqamət göstərilən dəstəyə də ictimai münasibət öyrənilib.

Sorğuda iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan xalqının və dövlətinin Türkiyəyə dəstəyini müsbət xarakterizə edib. Belə ki, iştirakçıların 99%-i Azərbaycanın bütün imkanları ilə Türkiyənin yanında olduğunu bildirib. Onların cəmi 1%-i Azərbaycanın Türkiyəyə yetərli dəstək göstərmədiyi mövqeyini bölüşüb.

Sorğunun sahə işi 11 fevral – 14 fevral 2023-cü il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb. Sorğu ölkənin üç böyük şəhərində – Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız bina evlərində yaşayan şəxslər arasında keçirilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Zəlzələdə zərər çəkən şəxsin peşmançılığı: namaz qılmadım, Quran oxumadım… – VİDEO

Zəlzələnin bir çox maddi səbəbi olduğu kimi, mənəvi səbəbləri də var. Hər kəs bu təbii fəlakəti öz təfəkkürünə görə başa...

Bağla