BAKIDA ZƏFƏR AVTOYÜRÜŞÜ KEÇİRİLİB

0

Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib ki, avtoyürüş Qarabağda qazanılan möhtəşəm qələbəyə həsr olunub: “Eyni zamanda, avtoyürüşün keçirilməsi əsl qəhrəmanlıq, mərdlik nümunəsi göstərmiş qazilərimizə yüksək dövlət qayğısını da ifadə edir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlilləri, qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri görülür: “Artıq 33 min şəxs bu dəstək işləri ilə əhatə olunub. Onlara sosial ödənişlərin təyinatı, məşğulluq, reabilitasiya, sosial-psixolji dəstək və s. istiqamətlərdə dəstək göstərilib və hazırda da bu işlər davam edir”.

Nazirlik yürüşdə iştirak edən qaziləri avtomobillərlə təmin edib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra İkinci Şəhidlər xiyabanına avtoyürüş edilərək, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət edilib.

Aksiya Fəxri xiyabandan başlayıb Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK KƏŞFİYYATI PKK-NIN XARİCİ ƏLAQƏLƏR ÜZRƏ “NÜMAYƏNDƏ”SİNİ MƏHV EDİB

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib. "CNN Türk" xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının 6 üzvü məhv...

Bağla