BMT FƏLƏSTİNİN İSRAİL ƏLEYHİNDƏ ŞİKAYƏTİNİ QƏBUL ETDİ

0

Birləşmiş Millətlər Təşkilatı (BMT) İrqi Ayrı-Seçkiliyin Ləğv Edilməsi (CERD) komitəsi, rəsmi Tel-Əvivin etirazlarına baxmayaraq Fələstinin İsrail əleyhində iddiasını səs çoxluğu ilə qəbul edib.  

Bu barədə Fələstinin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, şikayət, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” qərarlarının İsrail tərəfindən sistemli pozulmağı və fələstinlilərə qarşı aparılan irqçi siyasət barədədir.   

Komitənin qərarında, İsrailin Fələstin xalqına qarşı irqi ayrı-seçkiliyinin müzakirə olunması və ləğv edilməsi labüd olan bir siyasət olduğu nəticəsinin hasil olduğu bildirilir.

Həmçinin Fələstin XİN-in bəyanatında, Fələstin xalqına qarşı istiqamətlənmiş hər cür irqi ayrı-seçkiliyin aradan qaldırılmağı üçün beynəlxalq ictimaiyyətə öhdəliklərini yerinə yetirmələri üçün çağırış edilib.  

Qeyd edək ki, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki yanvar ayında komitənin ilk dəfə işğal edilmiş torpaqlarda irqçi hərəkətlər barədə Fələstinin İsrailə qarşı şikayətini müzakirə etməyi qəbul etdiyini demişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ BAYRAM NAMAZININ QILINMASI MÜMKÜNDÜR – VİDEO

“Bayram namazı da Cümə namazı kimi qısa bir ibadətdir, iki rəkatlıq bir namazdır. Biz bütün hazırlıqları bayram namazı qılınacaq kimi...

Bağla