BMT-NİN BAŞ KATİBİ DİNİ LİDERLƏRDƏN YARDIM İSTƏDİ

0

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, bütün dünyaya yayılmış kovid-19 pandemiyasına qarşı mübarizəyə qoşulmaları üçün dünya dini liderlərinə müraciət edib. Baş katib bu məqsədlə hazırladığı video müraciətdə, qlobal atəşkəs çağırışı edən dini liderlərə təşəkkürünü bildirib.    

Dini liderlərdən; zərərli paylaşımlar, zorakılıq, əcnəbi düşmənçiliyi və irqi ayri-seçkiliyə qarşı ictimaiyyətin məlumatlandırılmasını istəyən Quterreş, karantin dövründə qadınlara və qızlara qarşı çoxalan zorakılıq hallarının da pislənməsini istəyib.

Qadınların bütün sahələrdə müsavi şərtlərlə səslərinin eşidilməsi və təmsil edilmələrinin təşviq edilməsini də stəyən baş katib; sosial məsafə, gigiyena ibadət, dini tədbirlər və dəfn kimi inanc əsaslı tədbirlərdə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi tədbirlərə də riayət edilməsini istəyib.

Pandemiya səbəbindən milyonlarla tələbənin tədris prosesinin dayandırıldığını xatırladan Quterreş, dini liderlərlərdən təhsil probleminin həllinə də dəstək vermələrini xahiş edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DANİMARKA İSLAM MƏRKƏZİNDƏ YANĞIN BAŞ VERİB

Danimarkanın paytaxtı Kopenhagendə “Danimarka İslam Mərkəzi”nin (Dansk İslamisk Center) və bu mərkəzə bağlı fəaliyyət göstərən məscidin yerləşdiyi binada yanğın baş...

Bağla