BU GÜN MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DOĞUM GÜNÜDÜR

0

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür.

Məhəmməd Əmin  Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Osmanlı Hariciyesi`nin Güney Kafkasya Raporları” adlı kitabın təqdimat mərasimi keçirilib

Gəncliyə Yardım Fondunun əməkdaşları 28 Yanvar 2022-ci il tarixində Bakı Yunus Əmrə İnstitutunda keçirililən və institut tərəfindən Türkiyədə nəşr edilən...

Bağla