BU GÜN MƏHƏRRƏM AYININ İLK GÜNÜDÜR

0

Bu gün hicri-qəməri təqvimlə məhərrəm ayının biri, 1442-cı ilin ilk günüdür.

Hicri-qəməri təqvim öz başlanğıcını İslam peyğəmbəri Hz. Muhammədin (SAV) Məkkədən Mədinəyə köçdüyü tarixdən götürür. Həzrəti Muhamməd (SAV) 622-ci ildə Məkkə şəhərindən Mədinəi-Münəvvərəyə köçüb ki, bu hadisəyə hicrət, ayın hərəkəti ilə tənzimlənən bu təqvimə “Hicri-qəməri” təqvim deyilir.

Məhərrəm ayı həm də, İslam tarixinin ən qara səhifəsi olan Kərbəla faciəsi ilə yadda qalıb. Belə ki, Həzrəti Muhammədin (SAV) nəvəsi Həzrəti Hüseyn (RA) və 72 silahdaşı məhərrəm ayının 10-da, Aşura günü Kərbəla adlanan yerdə xaincəsinə qətlə yetirilib.

Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası da pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏHƏRRƏM AYI VƏ AŞURA GÜNÜ

Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda Məhərrəm...

Bağla