BU İL HƏCCƏ GEDƏCƏK ŞƏHİD AİLƏLƏRİNƏ GÜZƏŞT EDİLƏCƏK

0

Bu il Həcc ziyarətinə gedəcək şəhid ailələrinə dövlət tərəfindən güzəştlər ediləcək.

Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

“Bu il Həcc ziyarətinə gedəcək şəhid ailələrinə müəyyən güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlərin nədən ibarət olduğunu gələn həftə elan edəcəyik”, – QMİ rəsmisi deyib.

Məlumat üçün bildirək ki, bu il Qurban bayramı 28-29 iyun tarixlərinə təsadüf edir. Rəsmi açıqlanmasa da, bu il Həcc ziyarətinə gedəcək şəxslərin siyahısının hazır olduğu deyilir.

Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il bəzi ziyarət qadağaları aradan qaldırılıb. Belə ki, yaşı 65-i keçən şəxslər də ziyarətə gedə bilərlər. Lakin zəvvarlardan COVID-19 pasportu tələb olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Sinan Oğan: “Türkiyədə sabitlik Azərbaycan, Türk dünyası, Turan üçün vacibdir”

“Türkiyəndə sabitlik Azərbaycan, Qazaxıstan, Türk dünyası, Turan üçün vacibdir”. “TRT Haber” xəbər verir ki, bunu “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd...

Bağla