ÇAĞIRIŞ KİNOSU ƏSASINDA SƏNƏDLİ FİLM ÇƏKİLƏCƏK

0

Suriyalı rejissor Mustafa Akkadın çəkdiyi, İslam peyğəmbəri Hz. Muhammədin (ﷺ) təbliğ dövrünü əks etdirən “Çağırış” (The Message) kinosu əsasında sənədli film hazırlanacaq.

Sənədli filmi kinonun rejissoru Mustafa Akkadın oğlu produsser Malik Akkad hazırlayacaq. Malik Akkad sənədli filmdə, kinonun çəkilişi vaxtı atasının yaşadığı maraqlı hadisələrin əks olunacağını bildirib.

Malik Akkad filmdə atasının Hələbdən Hollivuda qədər yolçuluğdan bəhs ediləcəyini, bu vaxt babasının atasına verdiyi Qurani-Kərimi ən dəyərli hədiyyə kimi saxladığını deyib:

“Atamın yaşadığı hekayə mənə çox təsir edib. Bu səbəblə də onun yaşadıqlarını əks etdirən sənədli film hazırlayıram. Çafırış kinosu həqiqətən film tarixinin şah əsəridir. Produsser olduğum üçün kino çəkilişinin nə qədər çətin olduğunu bilirəm. Ona görə də “yox” deməyən insandan bəhs edəcəyəm. Hamı ona, “yox çəkə bilməzsən” – deyirdi. Amma o heç kimə qulaq asmayaraq kinonu çəkdi və bu, İslamdünyasının ən böyük filmlərindən biri oldu.” – deyə Akkad qeyd edib.

Malek Akkad

Malik Akkad

Çağrı belgesel oluyor

Çağırış (film, 1976).jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN ÜÇÜN KƏBƏNİN QAPISI AÇILDI – FOTO VİDEO

Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən rəsmi heyət ümrə ziyarəti üçün bu səhər...

Bağla