Cahid Bağçı: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq

0

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırılması hədəflənir.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycan Aqrobiznes Forumunda deyib

Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 5,8 milyard ABŞ dolları olub, bu 2021-ci illə müqayisədə 25 % artım deməkdir.

“Bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişafı üzrə səylərimizi davam etdiririk. Ümid edirəm ki, bu sahələrdə son vaxtlar müşahidə edilən fəallıq bundan sonra da davam edəcək”, – C. Baxçı bildirib.

Səfir vurğulayıb ki, bu forum ölkələr arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına, investisiyaların təşviqinə kömək edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan MN-nin Türkiyədəki bir qrup həkiminə təşəkkürnamələr verilib

Azərbaycan Müdafiə Nazirliyinin Türkiyədəki bir qrup həkiminə təşəkkürnamələr verilib. Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva tviterdəki hesabına yazıb....

Bağla