Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını seçkidə iştiraka çağırıb

0

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıb.

O, mətbuat konfransında mayın 14-də Türkiyədə Prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladıb.

“Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda olacaq. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər Səsvermə prosesinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlarımızı səsvermədə aktiv iştirak etməyə çağırırıq”, – deyə diplomat bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ ERMƏNİSTANIN SOYQIRIM İDDİALARINI CAVABSIZ QOYA BİLMƏZDİ”

“Türkiyə Ermənistanın soyqırım iddialarını cavabsız qoya bilməzdi". “Sabah” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın...

Bağla