CÜMƏ NAMAZI HAQQINDA BUNU BİLİRİKMİ?

0

Cümə namazına gedən şəxs xütbəyə çata bilməyib yalnız namazın fərzinə yetişsə nə etməlidir? İmama uyub iki rükəti qılsın yoxsa ayrıca günortanı qılsın?

Cavab: Əvvəlcə qeyd etmək lazımdır ki, xütbə cümə namazının etibarlı olması üçün tələb olunan şərtlərdəndir. Belə ki, cümə namazı ilə bağlı ayədəki “Allahı zikr etməyə tələsin” (Cümə, 62/9) ifadəsindəki “Allahı zikr etmək”də məqsəd cümə namazı və xütbədir. Hz. Peyğəmbər (s.ə.s) xütbəsiz heç bir cümə namazı qıldırmamışdır. Vaxt girdikdən sonra ən az bir nəfərin hüzurunda xütbə oxunmalıdır. Xütbə əsnasında heç kim olmayıb daha sonra namaza gəlsələr, namazları caiz olmaz. Heç olmasa camaatdan bir nəfər olsa və xütbə  oxunsa, digər bütün camaat sonradan gəlsə, namazları səhihdir. Bundan əlavə, camaatın xütbəni eşitməsi şərt deyil, orada olmaları kifayətdir. Xütbə əsnasında yolçu belə olsa hər hansı bir mükəlləf kişi orada olması kifayət hesab olunmuşdur. Beləliklə, gecikən şəxs gəlib camaata uysa cümə namazı keçərli sayılır.

ANAR QURBANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİRİ VARDI, BİRİ YOX…

Yunus Əmrə həyatın xülasəsini necə də gözəl verir. Qısa və konkret. Gəldiyimiz yer də bəlli, gedəcəyimiz yer də. Gəldiyimiz və...

Bağla