CÜMƏ NAMAZI NECƏ QILINIR?

0

Cümə namazının fərzi iki rükətdir. Bu namaz tək başına qılına bilməz, ancaq camaatla qılınmalıdır.

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!”. (Cumuə, 9-10)

Peyğambər (s.ə.s) belə buyurur:

“Hər kim cümə günü qüsl alar, əlindən gəldiyi qədər təmizlənər, ya öz xüsusi qoxusundan və ya evində olan gözəl qoxudan sürtər, evindən çıxar, iki adamın arasına girməz, sonra fərz olan namazı qılar, imam xütbə oxuyarkən susub onu dinləyərsə, o cümə ilə o biri cümə arasındakı günahları bağışlanar.”  (Buxari, cümə 6, 19)

CÜMƏ XÜTBƏSİ

  • Cümə xütbəsi fərz hökümündədir.
  • Cümə namazının ilk sünnətindən sonra müəzzin əzan oxuyar.
  • Ardınca imam minbərə çıxaraq xütbəni danışar.
  • Camaat xütbəni səssiz şəkildə dinləməlidir.
  • İmam xütbəni bitirdikdən sonra müəzzin iqamə gətirər və cümə namazının fərzi qılınmağa başlayar.

CÜMƏ NAMAZININ FƏRZİNİN QILINMASI

1. Rükət

  • Müəzzin iqamə gətirdikdən sonra “niyyət ettim Allah rizası üçün cümə namazının fərzini qılmağa imama uyduğum halda” deyərək niyət edilər.
  • Ardınca “Allahu Əkbər” deyilərək iftitah təkbiri gətirilərək namaza başlanar.
  • Səssizcə sübhanəkə duası oxunar.
  • Ayaqda ikən heçnə oxumadan imam dinlənilər. İmam Fatihə ilə birlikdə Qurandan ən az üç ayə oxuyar.
  • İmam Allahu Əkbər deyər və rüku edilər.
  • İmam Allahu Əkbər deyər və iki dəfə səcdəyə gedilər.

2. Rükət

  • Ayağa qalxaraq qıyamda durular.
  • Təkrar heçnə oxumadan imam dinlənilər. İmam yenə Fatihə surəsini oxuyar və ardınca Qurandan ən az 3 ayə oxuyar.
  • İmam Allahu Əkbər deyər səcdə edilər.
  • İmam Allahu Əkbər deyər və birlikdə iki dəfə səcdəyə gedilər.
  • İmam Allahu Əkbər deyər, oturar və dualar oxunar.
  • İmam ilə birlikdə əvvəlcə sağa sonra sola salam verilərək namaz bitər.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MESUT ÖZİL RAMAZAN AYI ÜÇÜN 100 MİN AVRO İANƏ ETDİ

Türk əslli məşhur futbol ulduzu Mesut Özil ramazan ayı münasibəti ilə Türkiyə “Qırmızı Aypara” (Kızılay) cəmiyyətinə 100 min avro ianə...

Bağla