DAHA BİR AZƏRBAYCANLI GƏNC QURANI ƏZBƏRLƏYƏRƏK HAFİZ OLDU

0

Daha bir azərbaycanlı tələbə müqəddəs Quranı başdan sona qədər əzbərləyərək Hafiz titulunu qazandı. Bu barədə Şəki İslam Kollecinin mətbuat mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, kollecin tələbələrindən, Zaqatala rayon, Yuxarı Tala kənd sakini Soltanlı Əfrail Cəbrayıl oğlu, uca kitabımız Qurani-Kərimi başdan sona qədər əzbərləyərək Hafiz adını əldə etmişdir.

Bu, 1993-cü ildən fəaliyyət göstərən Şəki İslam kollecinin 251-ci hafiz tələbəsidir.

Biz də islamveirfan.com ailəsi olaraq yeni Hafiz qardaşımızı təbrik edir, ona can sağlığı, bərəkətli ömür, və bu ömrünü də Quran işığı altında yaşamağı arzu edirik.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN SƏHİYYƏ NAZİRLİYİ KORONA VİRUSU İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİB

"Vətəndaşlar sosial şəbəkələrdə paylaşılanlara inanmasın" Səhiyyə Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlarla əlaqədar vətəndaşlara müraciət edib. Nazirliyin mətbuat katibi...

Bağla