DAHA BİR MƏŞHUR KİLSƏDƏ YANĞIN TƏŞVİŞİ: BU DƏFƏ ABŞ-DA

0

Daha bir məşhur kilsə yanğın təhlükəsi ilə üz-üzə qalıb.

Bildirilir ki, naməlum şəxs əlində yanacaq qutuları ilə ABŞ-ın Nyu-York şəhərində yerləşən St. Patriks kilsəsinə gəlib.

O, əlindəki yanacağı kilsənin divarlarına doğru tökməyə başlayıb. Olaya dərhal müdaxilə edən Nyu-York polisi şübhəlini həbs edib. Polis şübhəlinin Nyu-Cersidə qeydiyyatda olan 37 yaşlı kişi olduğunu açıqlayıb.

Hadisənin Fransanın məşhur Paris Notr Dam kilsəsinin yanaraq kül olmasından sonra baş verməsi diqqət çəkib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAZİRLİK: “TƏZƏPİR” MƏSCİDİNİN YAXINLIĞINDA QAZINTI ZAMANI TAPILAN TİKİLİ TARİXİ ABİDƏ SİYAHISINDA OLMAYIB

Mədəniyyət Nazirliyi Bakıda “Təzəpir” məscidinin yaxınlığında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqlarının aşkarlanmasına münasibət bildirib.

Bağla