DANIŞANDA NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

0

İnsan nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar). (Qaf, 18)

Kim Allaha və axirət gününə iman edirsə ya xeyirli söz söyləsin, vəya sussun.  (Hakim, IV, 319/7774)

Yunus Əmrə həzrətləri söz haqqında belə deyir:

Söz ola kəsə savaşı,

Söz ola bitirə başı,

Söz ola ağulu aşı,

Bağ ilə yağ edə bir söz!

İslam bir həyat nizamıdır. İslam, həyatın bütün məzmununu və ömrün hər anını Quran və Sünnə ölçüləriylə tənzimliyir. Qulluq vəzifələrimizlə yanaşı günlük fəaliyyətlərimizi, oturub-qalxmağımızı, yeyib-içməyimizi hətta istirahətimizi belə ülvi qayələrə bağlayıb ideallaşdırır bunlara həmçinin bir növ ibadət mahiyəti qazandırır.  

İslamın həssas ölçülər gətirdiyi bəşəri davranışlar içində danışıq ədəbinin müstəsna yeri və əhəmiyyəti vardır. Aşağıdaki hadisə bu həqiqəti nə gözəl izzah edir.

Muaz ibn Cəbəl  bir gün Peyğambər (s.a.s) əfəndimizdən hansı əməlin Allah qatında daha xeyirli olduğunu soruşdu və bu minvalda cihad, oruc, zəkat və bənzəri əməlləri saydı. Peyğəmbərimiz hər dəfə “insanlar üçün bundan daha xeyirlisi vardır”.- buyurdu.  

Muaz ibn Cəbəl “Anam-atam sənə fəda olsun, ey Allahın rəsulu bunlardan daha xeyirli nedir ki? Peyğambərimiz (s.a.s) mübarək ağzını göstərdi və “Xeyir danışmayacaqsa, susmaq”,- buyurdu.

Muaz ibn Cəbəl “ya Rəsullulah danışdıqlarımızdan da hesaba çəkiləcəyikmi”,- deyə soruşdu. Peyğəmbərimiz Muazın dizinə yavaşca toxunaraq belə dedi:“ insanları üzü üstə cəhənnəmə sürükləyən dillərindən başqa nədir ki?!”

Həqiqətən, sizə nəzarət edən mələklər vardır. Əməllərinizi yazan möhtərəm (mələklər). Onlar sizin etdiklərinizi bilirlər. (İnfitar, 10-12)

Beləliklə, hər mömin etdiyi əməllər kimi ağızdan çıxan hər sözün də Allah tərəfindən bilindiyini unutmamalıdır.

Demək ki, insanı səadətə də, fəlakətə də götürən ağzından çıxan sözləridir. Necə ki, ağzımıza girən loxmanın halallığına diqqət etməli olduğumuz kimi ağzımızdan çıxan hər sözün də xeyirə yoxsa  şərəmi  səbəb olacağını əvvəldən düşünüb danışmağı və ya susmağı seçməliyik.

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Xalqımıza zəfər sevincini yaşadan qəhrəmanlarımızı tanıyaq – FOTOLAR

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. İslamveirfan.com...

Bağla