DİSTANT TƏHSİLLƏ QURANI ƏZBƏRLƏYƏN 102 UŞAQ HAFİZ OLDU

0

Türkiyə Bayburt vilayətindəki Quran kurslarında 102 tələbə distant təlimlə Qurani-Kərimi əzbərləyərək hafiz olublar.

İslamveirfan.com xəbər verir ki, Bayburt vilayətində Türkiyənin rəsmi dini komitəsi olan “Diyanət”ə bağlı 4-ü oğlan, 2-si qız olmaqla 6 hafizlik kursu pandemiya dövründə təhsilə distant üsulla davam edib. Nəticədə 102 tələbə Qurani-Kərimi başdan sona əzbərləyərək Hafiz titulunu qazanıb.

Onlardan 54 nəfəri hafizliyi müəyyən etmə imtahanına girərək hafizlik sertfikatı alıblar. 48 tələbə isə növbəti imtahanlar üçün hazırlıqlara davam edir.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi...

Bağla