ENNEAQRAMLA TANIŞLIQ – 2

0

İnsanın içində yaşadığı öz həbsxanasını doğru və mənalı bir məntiqlə açıqlayan, bu dustaqxanadan xilas olmağın üsullarını öyrədən enneaqram elmindən fərd, ailə, cəmiyyət və bütün insanlıq faydalanmalıdır. Enneaqram elmi bizə aşağıdakı xüsusları öyrədir və ən yaxşı şəkildə açıqlayır;

  • Öz psixologiyamızı, qabiliyyət və bacarığımızı,
  • Əsas arzu, istək və arxasınca getdiyimiz xəyallarımızı,
  • Müdafiə mexanizmlərimizi, nələrdən imtina və nifrət etdiyimizi,
  • Fərdi və ictimai münasibətlərimizin səbəblərini,
  • İnkişaf pillələrimizi, stress və aramlı olmağımızın səbəblərini,
  • Əlaqəli olduğumuz insanları daha doğru şəkildə başa düşməyimizi və davranışlarının altında yatan səbəbləri dərk etməyimizi,
  • İnsanlar arası münasibətlərdə daha doğru bir mövqe tutmağımızı,
  • Həmsöhbətimizin gözləntilərini, imkan və qabiliyyətlərini müəyyən etməyimizi,
  • Həmsöhbətimizin zehin quruluşunu və həyatı qavrayış tərzini anlamağı,
  • İş həyatında, profesionallıqda və kariyer planlamalarında daha yaxşı məhsuldarlıq və harmoniya əldə etməyimizi,
  • Ailə həyatında fərdlərin birbirini doğru anlamağını, valideyn və uşaq arasındakı münasibətlərdə daha faydalı və əlverişli bir yol tapmağı və bunlara bənzər bir çox məsələdə yolumuza işıq tutaraq bizə yardım edir.

Enneaqram, “özünü kəşf səyahətinin” macəralı yollarında mənliyimizi tapmaq üçün bir fürsətdir. Bu “özünü kəşf səyahəti” sayəsində enneaqramdakı əsas anlayışları öyrənərək, şəxsiyyət tipinizi təyin edə bilərsiniz. Şəxsiyyət tipinizin ətraflı bir təsvirini görərək fərqli şəxsiyyət tiplərini bir-birindən ayıran meyarları mənimsəyə bilərsiniz. Həmçinin şəxsi inkişafınız üçün öz şəxsiyyət tipinizə uyğun olaraq hazırlanmış məsləhətləri oxuya bilərsiniz.

Enneaqramı başqa bir təbirlə insan şəxsiyyət atlasını dərk etmək, insanın içinə düşdüyü zindanın sirlərini öyrənərək oradan qaçmaq üçün fürsətləri dəyərləndirməsinə yardım edir. Hər insanın dusdaq olduğu bir zindanı vardır. Həyatımız boyunca bu zindanda qalmaq istəmiriksə, ilk öncə bu zindanın nə olduğunu, qapısının, pəncərəsinin harada olduğunu bilmək lazımdır. Bizi yaradan Rəbbimiz bizim öz ağlımızı istifadə edərək bu zindandan qurtulmağımızı istəyir.

Yunus Əmrənin aşağıdakı sözləri özümüzü bilməyin vacibliyini vurgulayır;

Elm elm bilməkdir

Elm özünü bilməkdir

Sən özünü bilməzsən

Bu necə oxumaqdır

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMAM BUXARİNİN VƏFATINDAN 1151 İL ÖTÜR

Bu gün məşhur hədis alimi İmam Buxarinin vəfatının 1151-ci il dönümüdür. İmam Buxari və ya tam adı ilə Əbu Abdullah...

Bağla