ERMƏNİ TERRORÇULARININ ŞƏHİD ETDİYİ TÜRK DİPLOMATLAR YAD EDİLDİ

0

Amerikada, erməni terror qruplaşmaları tərəfindən şəhid edilən türk diplomatlar yad edilib.  

İlk tədbir yanvarın 27-də Santa Barbara şəhərində Türkiyənin Los Angeles konsulluğu tərəfindən təşkil edilib. Həmin tədbirdə, 1973-cü il yanvarın 27-də şəhid edilən Türkiyənin baş konsulu Mehmet Baydar və konsulu Bahadır Demirin xatirəsi yad edilib.

Növbəti tədbir isə yanvarın 28-də Türkiyənin Los Angeles konsulluğunun binasında baş tutub. Bu tədbirdə isə, 1982-ci il yanvarın 28-də şəhid edilən Türkiyənin Los Angeles konsulu Kemal Arıkan yad edilib.

Hər iki tədbirdə də Türkiyənin Los Angeles baş konsulu Can Oğuz və konsulluq əməkdaşları iştirak ediblər.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HZ. PEYĞƏMBƏRİN (S.Ə.S) XANIMLARI

Bağla