Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir

0

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

İslamveirfan.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir:

Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan ordusu qələbəni özü əldə edəcək gücə və qabiliyyətə malik olduğunu bütün dünyaya göstərir”

Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi İrəvanın, güya döyüş bölgəsində Türkiyənin döyüş arsenalından istifadə edilməsi barədə iddialara cavab verib. Nazirlik yaydığı...

Bağla