“Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmalı, təxribatlara son verməlidir”

0

“Sentyabrın 13-də əldə edilmiş atəşkəs bir neçə saat sonra Ermənistan tərəfindən pozulub və mövqelərimiz intensiv atəşə tutulub”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşündə deyib.

Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirildiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb.

XİN başçısı Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANIN TƏXRİBATA CAVAB VERMƏMƏSİ MÜMKÜN DEYİLDİ”

“Ermənilər Qarabağdan çıxarkən ətrafı dağıdır, minalar basdırırlar”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib “İki gün əvvəl Ermənistan-Azərbaycan sərhədində...

Bağla