EVLİLİYİ ƏMR EDƏN AYƏ VƏ HƏDİSLƏR

0

Qurani-Kərimdə belə buyurulur:

“Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!” (Nur 32)

“Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır”. (Nisa 3)

Evlilik ilə əlaqəli bir çox hədislər də mövcuddur. Peyğəmbər (s.ə.s) gənclərə xitabında belə buyurur:

“Sizdən kimin evlənməyə gücü yetirsə, dərhal evlənsin. Çünki, həqiqətən evlilik gözü harama qarşı daha çox yumur, namus və iffəti daha çox qoruyur”. (Buxari, Nikah 3)

Peyğəmbər (s.ə.s) belə buyurur:

“Nikah mənim sünnəmdir. Kim mənim sünnəmə əməl etməzsə, məndən deyildir. Evlənin, mən digər ümmətlərin yanında sizin çox olmağınızla fəxr edəcəyəm”. (İbn Macə, Nikah 1)

“Möminə təqvadan sonra saleh həyat yoldaşı qədər heç bir xeyir və səadət verilməmişdir. Saleh qadın, əri özündən nə isə istədikdə ona itaət edən, üzünə baxdıqda çöhrəsini sevincə qərq edən, haqqında and içsə onu yerinə yetirən, evdə qoyub getdikdə özü və malı haqqında heç bir şübhəsi qalmayandır”. (İbn Macə, Nikah 5)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TUMİB-Ə YENİ SƏDR SEÇİLDİ

Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri dəyişilib.  Bu barədə TUMİB ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda bildirilir ki,...

Bağla