FATİHƏ SURƏSİNİN XÜSUSİYYƏTLƏRİ

0

Fatihə surəsində əlhəmdulillah şəklində ifadə edilən həmdin və bütövlüklə surənin dəyəri, möminin dini həyatındakı yeri haqqında bir çox səhih hədis var. “Zikrin ən üstünü Lə iləhə illallah, duanın ən ucası əlhəmdulillahdır” (Tirmizi, Dua 9).

“Allaha həmd ilə başlamayan hər işin sonu hüsrandır” (İbn Macə, Nikah 19).

 Rəsullah (s.ə.s) Əbu Səid İbn Muəlla adlı səhabəyə “Qurani-Kərimdəki ən böyük surənin hansı olduğunu  məsciddən çıxmadan bildirəcəyini demiş, sonra da bunun Fatihə surəsi olduğunu açıqlamışdır” (Buxari, Fəzailül-Quran 9). Başqa bir çox hədisdə də Fatihə surəsinin şəfa verici xüsusiyyətinin olduğu da bildirilmişdir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ROMA PAPASI ƏRDOĞANA DUA ETDİ: “UCA TANRIDAN SİZƏ VƏ TÜRK XALQINA…”

Roma papası Franksis İraqdan qayıtdığı zaman Türkiyənin hava sahəsindən keçərkən ənənəvi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana teleqraf çəkib. Katoliklərin...

Bağla