Fatih Dönməz: “Azərbaycanla birgə layihələr əməkdaşlığımıza yeni üfüqlər açacaq”

0

Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində birgə layihələr əməkdaşlığımıza yeni üfüqlər açacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda keçirilən Azərbaycan – Türkiyə II Enerji Forumunda çıxışı zamanı bildirib.

“Hədəfimiz sağlam təməllər əsasında qurulan yeni layihələrə imza atmaqdır. Əməkdaşlığımızın artırılması həm ölkələrimiz, həm də bölgənin rifahı üçün çox əhəmiyyətlidir”, – F. Dönməz deyib.

Nazirin sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlər hər gün müxtəlif sahələr üzrə bir az daha genişlənir.

Dönməz bildirib ki, Bakıda keçirilən I Forumda imzalanan anlaşmalar bir yol xəritəsidir və gələcəyə yeni hədəflər meydana gətirib:

“Bu hədəflər üçün çox iş görmüşük və çox yol qət edilib. İmzalanan protokollar bu əməkdaşlığın inkişafına yeni addım olacaq. Bu günə qədər bərabər həyata keçirdiyimiz birgə böyük layihələrlə bölgəmizə mühüm töhfələr veririk. Bu dövr ərzində üstümüzə düşən vəzifələri əksiksiz yerinə yetirdik”.

F.Dönməz Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki rolundan danışarkən qeyd edib: “SOCAR-ın Türkiyədə ən böyük sərmayəçilərdən olduğundan məmnunluq hissi keçiririk”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ PARLAMENTLƏRİNİN SƏDRLƏRİ GÖRÜŞÜB

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İndoneziyada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb. Bunu M.Şəntop tviterdə yazıb. “Müzakirə...

Bağla