FRANSA FUTBOL MİLLİSİNİN OYUNÇUCU: KƏBƏYƏ GƏLİN – VİDEO

0

Fransanın futbol yığmasının oyunçusu, hazırda İngiltərənin Mançester Yunayted komandasında oynayan Paul Poqba ramazan ayında ümrəyə gedib. Hərəmi-Şərifdə çəkdiyi videonu sosial şəbəkədə pərəstişkarları ilə paylaşan ulduz futbolçu hər kəsi Kəbəyə dəvət edib.  

“Ancaq bura gələnlər nələr hiss etdiyimi başa düşə bilərlər. Buranı görməmisinizsə bir gün hökmən gəlin. Gözəl bir yerdir. Hiss etdiklərimi ifadə edə bilmirəm. İnşAllah buraya gəlin.” – Poqba çəkdiyi videoda deyib.

Poqbanın bu videosu pərəstişkarları tərəfindən 3.4 milyon dəfə izlənib və 37 min şərh yazılıb.

Fransanın futbol üzrə milli komandasında 51 dəfə oyuna çıxan Poqba, ötən sezon Mançester Yunayted forması ilə 27 liq qarşılaşmasında 6 qol vurub.  

r: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT BAŞ KATİBİ AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRİB

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:

Bağla