FRANSA HÖKUMƏTİ ÖLKƏDƏ ÇOX SAYDA MƏSCİDİ BAĞLADI

0

Fransada 2020-ci ilin noyabr ayında bəzi dini mərkəzlərdə başladılan yoxlama nəticəsində çox sayda məscidin fəaliyyəti dayandırılıb.

Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin yerli “Le Figaro” qəzetinə verdiyi müsahibədə məlumat verib.

Nazir, “separatçılıqla mübarizə” qanunu qüvvəyə minməmişdən əvvəl radikallaşma meyli olan 650 mərkəzin bağlandığını, 24 min yerin polis tərəfindən nəzarətə götürüldüyünü deyib.

Nazir həmçinin, “radikallaşma” iddiası ilə yoxlama aparılan 89 məscidin ⅓-nin fəaliyyətinin dayandırıldığını, Sart, Mort-i-Mozel’, Kot-d’Or, Rona, Gar bölgələrində də 6 məscidi bağlamaq üçün işə başladıqlarını qeyd edib.

Darmanın bələdiyyənin izn verməyinə baxmayaraq Strasburqda tikintisi davam edən “Eyyub Sultan” məscidinə də qarşı olduğunu bildirib.

İndiyə qədər müsəlmanlara aid 5 dərnəyin fəaliyyətinə xitam verdiklərini deyən Darmanin, “separatçılıqla mübarizə” qanununun bu imkanları çoxaltdığını və daha 10 dərnəyin bağlanacağını vurğulayıb.

“Separatizm meyli” iddiası ilə 205 dərnəyin bank hesabına həbs qoyulduğunu deyən fransız nazir, bu iddia ilə 2 müsəlman din xadiminin ölkədən deportasiya edildiyini bildirib.

Qeyd edək ki, avqust ayında qüvvəyə minən “separatçılıqla mübarizə” qanunu səbəbindən Fransa hökuməti beynəlxalq arenada tənqid edilir. Bu qanunun müsəlmanların həyatına müdaxilə etdiyi bildirilir.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əsr Namazı Necə Qılınır?

Bağla