FRANSADA DAHA BİR MƏSCİD BAĞLANACAQ

0

Fransanın Cironda vilayətinin Pessak şəhərində müsəlmanlara aid “Əl-Faruq” məscidi “radikallaşmaq”iddiası ilə müvəqqəti olaraq bağlanacaq.

Yerli mətbuatın xəbərinə görə, din xadimlərinin moizələrdə şəhidlik barədə ayə və hədis oxuduğunu səbəb göstərən vilayət rəhbərliyi məscidin 6 ay müddətə bağlanması üçün prosesi başladıb.

Bu barədə bəyanat yayan Cironda meriyası məsciddə oxunan moizələrdə xalqın respuklika dəyərlərinin əleyihndə olmasının təşviq edildiyini və məscid icmasının radikal islamı və sələfi ideologiyanı təbliğ etdiyini iddia edib.  

Xatırladaq ki, rəsmi Paris 2021-ci ildə 99 məsciddə başladılan yoxlama nəticəsində 22 məscidin bağlanması üçün göstəriş vermiş, daha 6 məscidin bağlanması üçün hüquqi proses başlatmışdı.

Qeyd edək ki, başda BMT olmaqla bir çox beynəlxalq təşkilat və QHT rəsmi Parisin müsəlmanlara qarşı bu mövqeyini tənqid edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Prezidenti: “Qardaş Türkiyə ilə əməkdaşlığımızı genişləndirmək və şaxələndirmək əzmindəyik”

"Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək...

Bağla