FRANSADA DAHA BİR MƏSCİD BAĞLANIR

0

Fransada müsəlamnarın ibadət etdiyi daha bir məscid, hökumətin səyləri ilə bağlanacaq.

Bu barədə məlumat yayan yerli “Le Fiqaro” qəzetinin xəbərinə görə, Daxili İşlər Nazirliyi Bas-Reyn bölgəsindəki “Obernai” məscidinin bağlanması üçün işə başlayıb.

Fransa daxili işlər naziri Cerald Darmanin şəxsi tviter səhifəsində “Le Fiqaro”nun xəbərini təsdiq edib.

“Prezidentin tələbi ilə İslam separatçıllığına qarşı mübarizə davam edir. Son iki ildə separatçılığı təbliğ edən 23 məbəd bağlanıb.” – deyə nazir paylaşımında qeyd edib.

Nazirlik məscidin imamını; radikalizmi təbliğ etməkdə, Fransa icmasına qarşı kin və düşmənçiliyi yaymaqda, respublika dəyərlərinə qarşı təxribat yönümlü çıxış etməkdə və s. cinayətlərdə ittiham edib.

Qeyd edək ki, Fransada hökumət tərəfindən yoxlama aparılan 99 məsciddən 23-ü bağlanıb, bəzi məscidlərin bağlanması üçün də hüquqi proses başladılıb.

Xatırladaq ki, başda BMT olmaqla bir çox beynəlxalq təşkilat və QHT, müsəlmanları hədəfə götürən və təcrid edən rəsmi Parisin bu siyasətini tənqid edib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər...

Bağla