FRANSIZ ALIM: “NAMAZ ENERJI VƏ HƏRƏKƏT MƏNBƏYIDIR…”

0

“Namaz bu günədək məlum olan ən böyük güc və hərəkət qaynağıdır…”

Namaz möminin ən vacib ibadət borcudur. Bu borcu yerinə yetirən hər möminin qəlbi hüzurla dolur. Bunu bir çox psixoloq və psixiatr da vurğulayır. Sözügedən mövzuda Qərbin tanınmış alimlərindən biri olan Aleksis Karrel (Alexis Carrel) namazın ruhi-mənəvi faydaları haqqında müxtəlif araşdırmalar aparmışdır. İndi sözü Karrelə verək:

“Deyə bilərəm ki, namaz bu günədək məlum olan ən böyük güc və hərəkət qaynağıdır. Şəxsən mən özüm bir həkim kimi bunun bir çox əyani nümunələrini müalicə etdiyim xəstələr üzərində müşahidə etmişəm. Elə xəstələr olub ki, mən onları müalicə edə bilməmişəm. Tibb aciz qalıb kənara çəkilincə namaz araya girib və qısa müddətdə həmin xəstələr şəfa tapıblar.

Namaz şüa saçan radium elementi kimi enerji və hərəkət mənbəyidir. İnsan namaz qılarkən kainata hakim olan böyük bir qüvvə ilə əlaqəyə girir. Ona yalvarıb-yaxarmaqla bir işıq və nur verməsini istəyir. Həyatın sıxıntılarına tab gətirməkçin Ondan yardım diləyir. Hətta deyə bilərəm ki, bu yalvarış belə öz-özlüyündə insanın güc və fəaliyyətini bərpa etməyə kifayətdir. Çünki Allaha yalvarıb-yaxaran elə bir insan yoxdur ki, o yalvarışları gözəl nəticə şəklində geri qayıtmasın”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK DÖVLƏTLƏRI İSTANBULDA TOPLANIB

Mayın 14-də İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı işə...

Bağla