Gəncədə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılacaq abidənin təməli qoyulub

0

Qafqaz İslam Ordusunun Gəncə şəhərində qəhrəmancasına dünyasını dəyişən ilk şəhidlərinin xatirəsi əbədiləşdirilməsi üçün təməl qoyma mərasimi keçirilib.

Məlumata görə, Şah Abbas Məscidinin yaxınlığında Qafqaz İslam Ordusunun 11 iyun 1918-ci il tarixində Gəncə şəhərində qəhrəmancasına dünyasını dəyişən ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün ucaldılacaq abidənin təməlqoyma mərasimi olub.

Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abidənin açılış mərasimi isə 11 iyun – Qafqaz İslam Ordusunun Gəncədə verdiyi ilk şəhidlərin anım günündə olması nəzərdə tutulub.

Qeyd edək ki, Qafqaz İslam Ordusu (QİO), 31 mart 1918-ci ildə Bakı şəhərində törədilən soyqırımdan sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı İmperiyası tərəfindən təşkil edilib. Nuru Paşanın rəhbərlik etdiyi Ordu 12-14 min Osmanlı əsgərindən, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından könüllülərin qatılmasından sonra isə 20 mindən artıq döyüşçüdən ibarət olub. Ordu 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İŞĞALDAN AZAD OLUNAN ƏRAZİDƏ İKİ MÜƏSSİSƏ YARADIR

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda Meşəçilik Tədris Mərkəzi və tinglik müəssisəsi yaradır. “Anadolu”...

Bağla