HƏCCƏ GETMƏK ÜÇÜN TƏLƏB OLUNAN PEYVƏND SİYAHISI AÇIQLANDI

0

Səduyyə Ərəbistanı krallığının rəsmiləri Həcc ziyarəti üçün zəvvarlardan tələb olunan peyvənd siyahısını açıqlayıb.

Siyahıda Pfizer, Oxford, Moderna və Johnson&Johnson’s peyvəndlərinin adı çəkilsə də Çinin istehsal etdiyi Sinovac peyvəndinə yer verilməyib.

Səudiyyə krallığının bu qərarı Sinovac peyvəndindən istifadə etmiş Türkiyə, İndoneziya, Pakistan və digər müsəlman ölkələrdə təşvişlə qarşılanıb.

Qeyd edək ki, qlobal kovid-19 pandemiyası səbəbindən ötən il müsəlmanlar Həcc ibadətlərini yerinə yetirə bilməyiblər.

Bu il isə Həcc ibadətinin yerinə yetirilməyi üçün Səudiyyə Ərəbistanı krallığı 9 səhifəlik nizamnamə hazırlayıb. Sənədə görə bu il iyul ayına təsadüf edən Həcc mövsümündə, 15 mini ölkə daxilindən, 45 mini xaricdən olmaqla zəvvar kvotası 60 minlə məhdudlaşdırılıb.

Bundan başqa xaricdən gələn zəvvarlardan peyvənd vurdurmaları tələb olunub və tələb olunan peyvənd siyahısı nizamnamədə göstərilib.

 

Mənbə: Ensonhaber

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBULUN KÖRPÜLƏRİ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNDÜ

28 – may Azərbaycanda Respublika günü münasibəti ilə İstanbul boğazını birləşdirən körpülərdə Azərbaycan bayrağının rəngləri əks olunub. Bu barədə xəbər...

Bağla