HƏCC İBADƏTİNİN TƏRİFİ

0

Həcc üçün deyilən klassik təriflərdə “gedə bilmək imkanı” vurğulanaraq məqsədin maddi imkan olduğu bəyan edilir. Halbuki, həccin tərifi verilərkən, Ali İmran surəsinin 97-ci ayəsinə istinad edərək əvvəlcə bu fərzin ümumiliyi vurğulanmalıdır. Ayədə keçən “ona bir yol tapa bilən”, ya da “ona yol tapmağa gücü çatan” cümləsindəki səbil “yol” da, sadəcə maddi imkana əsaslanmamalıdır.

Elə kasıblar vardır ki, pulu olmadığı halda həccə getmək imkanları yaranır və çox istədikləri üçün bu ibadəti asanlıqla yerinə yetirmək üçün əllərinə fürsət düşür. Maddiyyatı ön plana çıxaran bu tərifə baxmayaraq, müsəlman ölkələrdən bir çox insanlar hər fürsəti qiymətləndirərək bu fərzi icra etmək üçün qanuni hər yola baş vurmaqda israr edirlər. Təbii ki, Allah həcc etmək üçün heç bir fürsət tapa bilməyənlərin boynundan bu öhdəliyi götürəcək.

Həcci fərz edən Ali İmran surəsinin 97-ci ayəsi isə klassik tərifləri inkar edir:

“Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır”.

Bu ayədən yola çıxaraq, həcc etməyi imkandan çox imana bağlayan bir tərif bu işin ruhuna daha uyğun və daha tutarlıdır. Ayədəki “ona bir yol tapa bilən” ifadəsi təfsirə ehtiyacı olmayacaq qədər açıqdır. “Ona bir yol tapa bilmək” hökmən “minlərlə dolları olmaq” mənasınamı gəlir? Yoxsa “qanuni hər yola baş vurub məqsədinə çatmaq” mənasınamı? Unutmayın ki, ən böyük imkan imandır.

Unutmayın ki, əkini və suyu olmayan bir ərazidə Həcərin hələ südəmər olan balası İsmayılla birlikdə əldə etdiyi bütün imkan, bir boğça yemək, bir tuluq su idi. Və buna baxmayaraq, Həcər “Bizi kimə tapşırırsan?” sualına “Allaha tapşırıram” cavabını verən İbrahimə bunu söyləyirdi:

“Allahamı? Mən Ondan razıyam”.

Həccin sadəcə zənginlərə məxsus bir ibadət kimi qəbul ediləcəyi günlərin gələcəyini əvvəlcədən təxmin edən Həzrət Peyğəmbər (s.ə.s.), həccə əsl ehtiyacı olanların kasıblar olduğunu görün ki, necə bir üslubla açıqlayır:

“Həcc və ümrə, körüyün maddənin çöküntüsünü təmizləyib yox etdiyi kimi kasıblığı və günahları yox edər”.

Həcc, Həzrət İbrahimin mirasıdır. Quranda Allah onun yolunu izləməyimizi əmr edər:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!(Həcc surəsi, 78). Həzrət Peyğəmbər də bu barədə bunu söyləyir: “Həcc ibadətlərini icra etdiyiniz yer, zaman, hal (işarələr, əlamətlər, nişanələr) üzərində durun. Çünki siz, atalarınız İbrahimin mirası üzrəsiniz”.Həzrət İbrahim, özündən sonrakı bütün müsəlmanların inanc atasıdır. İnsanlıq inancda onun övladları hökmündədir. Həcc eyni zamanda, insanlığın iman atasına olan hörmətinin bir ifadəsidir.

Həcc insana “yolçu” olduğunun xatırladılmasıdır. Çünki bu dünya və axirət dünyası ilə, ruhunun keçmişi və gələcəyi ilə, həyat səfərdən başqa heç nə deyil. Yəni həcc, “tükdən incə, qılıncdan iti” bir sirat olan həyat yolunda, insan övladına yeriməyi öyrətmək məqsədi daşıyan bir ibadətdir.

İslаm tаriхinin böyük insаnı Hәzrәt Әli (r.a.) hәccin fәlsәfәsini bеlә bәyаn еdir: «Аllаh öz möhtәrәm еvinin hәccini sizә vаcib еtdi. Аllаh аşiqlәri insаnlаr üçün qiblә sеçilmiş bu еvә cаn аtаr, göyәrçin tәk оnа sığınаrlаr. Аllаh Tәаlа Kәbәni İslаm üçün аydın nişаnә, pәnаh ахtаrаnlаr üçün  еv seçdi. Оnun hаqqının әdаsını vаcib еtdi, Аllаh еvinin hәccini vаcib buyurdu vә siz insаnlаr üçün müәyyәnlәşdirdi ki, оnun ziyаrәtinә gеdәsiniz. 

 İslamın bütün ibadətləri kimi həcc də dərin hikmət və fəzilətləri əhatə edir. Çünki həccin zahiri hökm və üsullarını fiqh kitablarından öyrənmək mümkündür. Ancaq onun məna və hikmətlərini dərk etmək hər hacıya müyəssər olmur.

Həcc, insanlığın Allaha yürüyüş dastanını hər möminin öz şəxsində təkrar yaşamasıdır.

Həcc, Adəm rolunu oynayan hər bir insanın, itirdiyi cənnəti axtarışa çıxmasıdır.

Həcc, insanoğlunun uzaqlaşdığı fitrətinə yenidən qayıdışının simvolik bir təlimidir.

Həcc, öz-özünə yadlaşan fərdin şəxsiyyətini tapıb özünü tanıyaraq, özü ilə barışıq yaşamaq üçün başlatdığı nəcib səfərin adıdır.

Xülasə, həcc, məhşərin məşqidir. 

MƏTANƏT KƏRİMOVA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏCC

Ərəb dilində "getmək, yönəlmək, ziyarət etmək" kimi mənaları ifadə edən həcc kəli-məsi, bir fiqh (İslam Hüququ) termini olaraq isə "imkanı...

Bağla